“Pirallahı Tikiş” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə APA “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, yığıncaq martın 4-də baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı, cəmiyyətin fəaliyyətinə xitam verilməsi və xitamla əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi, ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər daxildir.
U.A.
www.oxu.az