Azərbaycanın Nazirlər Kabineti ödənişli yolların yaradılması qaydalarını işləyib hazırlayır.
Oxu.Az-ın abc.az saytına istinadən verdiyi məlumata görə, bu barədə “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.
Onun sözlərinə görə, bu qaydalar hələ ki, hazırlıq mərhələsindədir.
“Ödənişli yollar paytaxtda deyil, ətraf ərazilərdə salınacaq və gələcəkdə onların alternativ yollar qismində istifadə olunma ehtimalı yüksəkdir. Bu qərar ilk öncə sahibkarların diqqətini cəlb etməlidir ki, nəticədə onlar bu prosesdə iştirak etsinlər. Ödənişli yollar üzrə daha keyfiyyətli xidmətlər təklif edən sahibkarlara üstünlük veriləcək” - deyə, Cavid Qurbanov qeyd edib.