2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7% artaraq 33,5 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,4% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7% bəndi üstələyib.
Hesabat dövründə gəlirlərin 76,3%-i son istehlaka, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5%-i əmanətlərin və kapitalın artırılmasına, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.
Başqa sözlə, bu ilin 9 ayında 971,5 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəlib.
Əhalinin sərəncamda qalan gəlirləri 30,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.
Ülviyyə R. Əli
www.oxu.az