Azərbaycanda mobil əməliyyat sistemləri (ƏS) bazarında ilk yeri Android tutur.
Global Stats statistika mərkəzinin təqdim etdiyi məlumatlara əsasən, 2013-cü ilin mayına bu əməliyyat sistemi bazarın 37,13%-ni tutub. Halbuki, ötən ilin mayında bu rəqəm 12,39%-ə bərabər olub.
Populyarlığına görə ikinci yerdə Series 40 əməliyyat sistemidir. Cari ilin mayında Series 40-ın bazardakı payı 23,56%-ə bərabər olub, bir il əvvəl isə əməliyyat sisteminin müvafiq göstəricisi 20,18% təşkil edirdi.
Üçüncü yeri Symbian OS tutur. ƏS-in payı 2012-ci ilin mayında olan 46,36%-dən 13,88%-dək azalıb.
Dördüncü yerdə isə bazarda 12,81% paya malik iOS əməliyyat sistemi qərarlaşıb. Bir il ərzində onun ölkənin mobil əməliyyat sistemləri bazarındakı payı 5,42% artıb. Belə ki, 2012-ci il mayında iOS əməliyyat sistemi bazarın 7,39%-ni tutub.
5-ci yerdə naməlum mənşəli əməliyyat sistemləri (4,27%), sonra isə Samsung ƏS (2,55%), BlackBerry (2,43%) və Windows Phone (2,02%) qərarlaşıb.
www.1news.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin