2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi kreditlər üzrə faizlərin ödənilməsinə 463 milyon manat sərf edib. Bu da banklara hər gün orta hesabla 2,6 milyon manat faizin ödənildiyi deməkdir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, birinci yarımildə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatıb. Əhali 17,8 milyard manatın 2,6 faizini və ya 463 milyon manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.