2015-ci ilin səkkiz ayı ərzində Qazaxıstanın daxili işlər orqanları tərəfindən fiziki şəxslərin yanında əmək fəaliyyəti ilə məşğul olmaq üçün xarici vətəndaşlara 103 min icazə verilib.
Oxu.Az qazax KİV-nə istinadən xəbər verir ki, 103 min xaricidən 97 mini Özbəkistan vətəndaşıdır. İkinci yerdə Tacikistan vətəndaşlarıdır – 3312 nəfər, üçüncü yerdə Azərbaycan vətəndaşlarıdır - 1396 nəfər.
Verilən icazələrin ümumi sayından 94,2 faizi əməkqabiliyyətli yaşda olan kişilərə verilib.
Əmək miqrantlarının fəaliyyət sahəsinə aid olan göstəricilər polis tərəfindən təqdim olunmuş məlumatlarda da yer alıb.
İnşaat işləri üzrə 84,2 faiz əmək mühaciri, amma özəl evlərin həyətində iş üçün 5,9 faiz əmək mühacirləri icazə alıb.