Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari ilin aprelin 1-nə əmanətlərin həcmi 6,7 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 61,2% təşkil edib və ya 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 38,8% və ya 2,6 milyard manat olub.
Gülnarə Zeynalova
www.oxu.az