Gürcüstandan şərab ixracının aşağı düşməsi ölkə ixracının ümumi həcminin azalmasına səbəb olub. Bunun əsas səbəbi kimi Rusiya və Ukraynadakı böhran göstərilir. Bununla yanaşı, Rusiya iqtisadiyyatı ilə sıx əlaqəsi olan postsovet ölkələrinə də ixracda azalma müşahidə olunur.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Rusiyaya ixrac 87% (2 354 334 şüşə), Azərbaycana 70% (31 716 şüşə), Ukraynaya 52% (346 454 şüşə), Estoniyaya 49% (27 300 şüşə) azalıb.
Əhəmiyyətli artım Asiya ölkələrinə, xüsusən də Çin və Yaponiyaya ixrac həcmində müşahidə olunur.
2015-ci ilin yanvarında gürcü şərabının ümumi ixracı 67% azalıb (2 695 084 şüşə).
Gürcüstan hökuməti ümid edir ki, keçmiş SSRİ ölkələrinə ixracın azalmasını Asiyaya satışın artımının hesabına kompensasiya edə biləcək.