Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azercell satışa çıxarıla bilər
TeliaSonera tədricən “Avrasiya” regionunda fəaliyyətinə son qoyaraq, bütün diqqətini “Avropa” regionuna və İsveç bazarına yönəldəcək, telekommunikasiya şirkətinin mətbuat xidməti cümə axşamı bildirib, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
“Proses “Avrasiya” regionunda iştirakı azaltmaq və bir müddət sonra onu tamamilə tərk etmək üçün başlanılıb”, - deyə, şirkətin bəyanatında qeyd olunur.
TeliaSonera “Avrasiya” regionuna keçmiş SSRİ ölkələri – Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan, həmçinin Nepalı aid edir.
Qeyd edək ki, TeliaSonera Azərbaycanın Azercell mobil operatorunun səhmlərinin 38,1%-nə sahibdir.
"Azercell" teqi üzrə xəbərlər
- "Azercell" tətbiqinə yeni "Qonaq Girişi" funksiyası əlavə olundu
- "Azercell" tətbiqində abunəçilərə özəl təkliflər
- "Azercell" süni zəka texnologiyasına əsaslanan "AI Chat Bot" xidmətini təqdim edib
- "Azercell" abunəçilərinin nəzərinə!
- "Azercell"in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib