“Azərişıq” ASC, noyabr ayının 1-də keçiriləcək Azərbaycan Respublikası Parlamentinə seçkilər ilə bağlı bütün seçki məntəqlərində, eləcə də namizədlərin görüşləri təşkil olunacağı ərazi, klub və toplantı yerlərini dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchiz edəcək.
Bu barədə “Azərişıq” ASC-dən Oxu.Az-a bildirilib.
ASC-dən bildirilib ki, bundan ötrü texniki tədbirlərlə yanaşı, ehtiyat kabel, avadanlıq,transformatorlar və s. də ayrılıb.
“Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla təchiz edilib.Əlaqədar yarımstansiyalar və Transformator Məntəqələrində 24 saat növbətçilik sistemi yaradılıb.
İndi hər bir rayon, şəhər, qəsəbə və kəndlərdə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olunur”-deyə, qurumdan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az