Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı Enerji Həftəsinin açılışı çərçivəsində üç elektrik stansiyasının təməli qoyulacaq
Bu gün Bakı Enerji Həftəsinin açılışı çərçivəsində Azərbaycanda "Masdar" şirkətinin inşa edəcəyi üç elektrik stansiyasının təməli qoyulacaq.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
"3 elektrik stansiyasının ümumi gücü 1 000 MVt olacaq. Artıq "Masdar" şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Şirkət Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək", - o vurğulayıb.
Onun sözlərinə görə, bu layihələrə ümumi sərmayə təxminən bir milyard ABŞ dolları qiymətləndirilir.
"Bakı Enerji Həftəsi" teqi üzrə xəbərlər
- Öz ayıbına yox, Azərbaycan həqiqətlərinə kor olan Qərb
- İlham Əliyev: "Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün də cəlbedicidir"
- "Euronews" televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb
- COP-29-u əvvəlki analoji tədbirlərdən fərqləndirən cəhətlər hansılardır?
- Corc Vaşinqton Universitetinin professoru: "Azərbaycan bərpaolunan enerji gücünü artırıb"