Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıq sammiti işə başlayıb
"29 İqlim Söhbəti: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və "PwC Azərbaycan" şirkəti "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ikigünlük ekoloji, sosial və idarəetmə (ESG) sammiti təşkil edib.
"Report" xəbər verir ki, sammit iki gün davam edəcək.
"Hazırda ümumi həllər tapmaq çox vacibdir. Bu, hər kəsə iqlim dəyişikliyi ilə mübarizə aparmağa imkan verəcək. İştirakımız və bu sammitdən öyrəndiyimiz dərslər gələcək üçün planlarımızı formalaşdıracaq. Bizim COP29 üzrə baxışımız ambisiyaları artırmaq, inklüziv və şəffaf şəkildə tədbirlər görmək imkanını təmin etməkdir. Azərbaycan milli iqlim fəaliyyət planları, uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə bütün tərəflərə öz ambisiyalarını artırılmasında dəstək verməyə çalışır", - Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev sammit iştirakçılarına videomüraciətində deyib.
Nazir vurğulayıb ki, COP29-a sədrlik bizə bütün tərəflər üçün vacib olan digər məsələlərə diqqət yetirməyə imkan verəcək:
"Bunlara biomüxtəliflik, dayanıqlı kənd təsərrüfatı, su ehtiyatları, elm, texnologiya və innovasiya, davamlı urbanizasiya və s. məsələlər daxildir".
"COP29" teqi üzrə xəbərlər
- "Azmade Group" 2024-cü ilə yekun vurdu: "Bizə uğur yaraşır!"
- Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad: Əməli ilə sözü bir olan Azərbaycan
- İlham Əliyev: "Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir"
- Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
- COP29 Sədrliyi Dünya Hökumət Sammitində iştirak edib