Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.
Xezerxeber.az-ın məlumatına görə, ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.
Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.
Qeyd edilib ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.
Ətraflı süjetdə:
Bakıda torpağın bir sotu yarım milyon manata satılır? - İDDİA + VİDEO