Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə ölkədə bank sektoruna yaxın mənbə bildirib.
Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib.
Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.

U.A.
www.oxu.az