İyun ayının 6-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1,6905 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,29% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1,6954 manat məzənnəsi ilə yekunlaşmışdı.
Məlumat üçün bildirək ki, bu gün növbəti valyuta hərracı keçiriləcək.
L.Ə.