ABŞ İrandan ixrac edilən neftin həcminin azaldılmasına təkid etməyəcək.
Oxu.Az Anadolu.ru-ya istinadən xəbər verir ki, bu haqda Fərman ABŞ prezidenti Barak Obama tərəfindən imzalanıb, Ağ Evin xəbərində deyilib.
“İranın satışlarla bağlı məhdudiyyətinin olmasına baxmayaraq, ABŞ bu cür addımı atmayacaq və satışlar əvvəlki səviyyədə qalacaq.
Bu qərarın qəbul olunma vaxtı Konqresin uyğun olan məruzəsi və dünya iqtisadiyyatının hazırki vəziyyəti, bəzi ölkələrdə neft hasilatının artması, qara qızılın strateji ehtiyatları və s nəzərə alınıb”, - deyə Obama qeyd edib.
ABŞ prezidenti qeyd edib ki, bazarda tələbat və təklif İranın satış həcmlərini nizama salmağa imkan verir.
Obama 2013-cü ilin noyabr ayında imzalanmış 5+1 razılaşmasının, ABŞ-ın İrana onun nüvə proqramı üzrə razılığın əldə edilməsinin vaxtına müvafiq olan müvafiq həcmdə neft satmağa imkan verəcəyinin deyildiyi bəndindən çıxış edir.
“Biz bu vəziyyətə nəzarət etməyə davam edəcəyik”, - Obama deyib.
Qeyd edək ki, ABŞ Energetika İnformasiyalar İdarəsinin statistik məlumatlarına görə, 2011-ci ildə İran sutkada 3,7 milon barel neft hasil edirdi, 2013-cü ilin noyabrında İrana qarşı nəzərdə tutulmuş sanskiyalar nəticəsində hasilatın həcmi sutkada 3,7 milyon bareldən 2,8 milyon barelə düşmüşdü.
Ülviyyə R. Əli
www.oxu.az