Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baş nazirdən dövlət agentliyində maaşlarla bağlı QƏRAR
"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiqlənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Eyni zamanda "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sistem əhəmiyyətli bank nədir və onların meydana gəlməsi normaldırmı?
- Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib
- Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
- Azərbaycanda KREDİT FAİZLƏRİ azala bilər - Nazirlik banklara depozit yerləşdirdi
- Maliyyə sektorunun gələcəyi və strateji investisiya imkanları bu platformada müzakirə olunur