Azərbaycanda inflyasiya illik bazada 1,7% təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri (inflyasiya) 1,7% bahalaşıb.
DSK-nın məlumatına görə, eyni dövrdə ərzaq məhsullarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 3,6%, xidmət tarifləri 0,3% bahalaşıb.
Gülnarə Zeynalova
www.oxu.az