Aprelin 4-ü axşam saatlarında AI-95 markalı benzin bahalaşdırılıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, AZPETROL-un yanacaqdoldurma məntəqəsində “Yeni Müsavat”ın əməkdaşına bildirilib ki, bundan sonra AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq.
Qeyd edək ki, aprelin 3-dən etibarən Azərbaycanın yanacaqdoldurma məntəqələrində “Premium Euro-95” markalı benzin satışa çıxarılıb.
“Azpetrol” MMC-dən verilən məlumata görə, “Premium Euro-95” markalı benzinin qiyməti 93 qəpikdir.
Şirkətdən həmçinin bildirilib ki, benzin keyfiyyətinə görə fərqlənəcək.