Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb
Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.
Belə ki, ölkənin Enerji və Su Tənzimləmə Komissiyası qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saat üçün 98,16 lev (təxminən 49,8 avro) məbləğində təsdiqləyib. Halbuki mart ayında bu, 106,74 lev (təxminən 53,37 avro) idi.
Bu barədə sözügedən komissiyadan məlumat yayıb.
“Azərbaycan qazının qiyməti, Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən, Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təxminən 51,9 %-ni əhatə edir və əlverişli qaz qiymətlərinə nail olmaq üçün mühüm önəm daşıyır”, - Enerji və Su Tənzimləmə Komissiyasının məlumatında bildirilib.
Komissiya sədri İvan İvanov qeyd edib ki, təbii qazın qiymətinin azalması ilə bağlı durum davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq.
“Təbii qazın qiymətinin ucuzlaşmasının davam etməsi bütün istehlakçılar üçün əlverişli amildir. Qazın qiymətində azalma tendensiyası davam edərsə, o zaman növbəti qiymət dövrü üçün istilik enerjisinin maya dəyərinin dəyişməz qalmasına şərait yaradılacaq. Bununla bağlı yekun qərar ESTK tərəfindən iyulun 1-də qəbul ediləcək”, - o vurğulayıb.
Mənbə: Dker.bg
"Yunanıstan" teqi üzrə xəbərlər
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- London və Afina Parfenon heykəlləri mübahisəsində kompromis axtarır
- Ermənistanı uçuruma aparan daha bir ölkə: Yunanlar Nikolu necə şirnikləndirdi?
- İcma Yunanıstanı regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırıb
- Yunanıstandan yeni təxribat: Şərqi Egey dənizindəki qayalıqların üzərində körpü tikir