Ötən il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformalarından birlikdə gündə orta hesabla 655 min 370 barel, il ərzində isə 239 milyon barel (32,2 milyon ton) neft hasil edilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “bp-Azərbaycan” şirkətindən bildiriblər ki, “Çıraq”da istismarda olan 18 quyudan orta hesabla gündə 69 min 670 barel, “Mərkəzi Azəri”də 24 quyudan 151 min 760 barel, “Qərbi Azəri”də 26 quyudan 188 min 160 barel, “Şərqi Azəri”də 20 quyudan 106 min 700 barel, “Dərinsulu Günəşli”də 30 quyudan 139 min 80 barel neft əldə olunub.
Keçən ilin sonunda AÇG-də 81 hasilat və 37 injektor quyusu istismarda olub.