Bu vaxtadək biz öz tərəfdaşlarımızla Azərbaycanda təkcə bacarıqların inkişaf etdirilməsinə 70 milyon dollar sərmayə yatırmışıq.
Oxu.Az xəbər verir ki, bu sözləri Xəzər neft və qaz 2015 konfransında çıxışı zamanı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib.
“Bizim inkişaf proqramlarımız təhsil, təlim, mədəniyyət və idman, ətraf mühitin mühafizəsi, yerli icmalar və müəssisələr üçün iqtisadi imkanların yaradılması və qonşuluğumuzdakı yerli infrastrukturun yaxşılaşdırılması kimi layihələrə dəstək göstərilməsinə yönəlib” - deyə, o qeyd edib.
Regional prezident qeyd edib ki, hazırda BP-də 3000 nəfər ixtisaslaşmış yerli kadr işləyir:
“Bundan əlavə, biz öz investisiyalarımızda yerli istifadəni maksimuma çatdırmaq istiqamətində də əhəmiyyətli işlər görmüşük.
Təxminən hazırda 3000 nəfər ixtisaslaşmış yerli kadr BP-də işləyir və on minlərlə insan dolayı şəkildə bizim layihələrdə işə cəlb olunub”.
Ülviyyə R. Əli
www.oxu.az