“Qərbi-Azəri” platformasında profilaktik işlərimizi başa çatdırdıqdan bir-iki ay sonra “Çıraq” platformasında profilaktik işlərimiz başlayacaq.
Oxu.Az xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel jurnalistlərin sualına cavab olaraq bildirib.
“Bilirsiz ki, bizim platformalarımızda ən son texnologiyalar və avadanlaqlar quraşdırılıb. Bu avadanlıqlar təhlükəzlik, ətraf mühitə heç bir ziyan vurmadan və həm də səmərəli hasilat işləri aparan avadanlıqlardır.
Onlara mütləq olaraq profilaktik işlər aparılmalıdır, yoxlamalar aparılmalıdır ki, o avadanlıqları yüksək səmərəliliyi və təhlükəsiz şəkildə istifadə etmək mümkün olsun” - deyə, Q.Birell bildirib.
O bildirib ki, bu cür yoxlama işləri hasilata təsir göstərir, amma illik orta hasilat planına heç bir təsiri yoxdur:
“Sözsüz ki, profilaktiv işlər hasilata təsir edir. Amma bir il üçün götürdükdə bizim orta hasilat planımız ki var, ona təsir etmir”.
Ülviyyə R. Əli
www.oxu.az