BP şirkəti Bakı Dövlət Universitetində rəqəmsal texnologiyalara əsaslanan çap, poliqrafiya və nəşriyyat mərkəzi təqdim edib.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, mərkəzdə quraşdırılmış avadanlıq Azərbaycanın ən qədim universitetinin təxminən 25 min tələbə və professor-müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin edəcək.
BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, universitetin özünün belə bir müasir nəşriyyat mərkəzinin olması təhsil ocağında elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar yaradacaq.
Layihənin ümumi dəyəri təqribən 537 min manatdır. Onun icra müddəti isə bir ildir.