Britaniyanın iri BP və BG Group neft-qaz şirkətləri neftin dünya qiymətlərinin ucuzlaşması fonunda işçilərin sayını və kapital xərclərini ümumilikdə 21 milyard dollara qədər (13,9 milyard funt sterlinq) azaldacaqlar.
Bu barədə “The Telegraph” qəzeti yazıb.
Şirkətlər neftin qiymətinin azalmasına görə gəlirlərinin dördüncü rübdə gözəçarpacaq dərəcədə ucuzlaşacağını gözləyirlər.
BP il ərzində gəlirinin 9,3 milyard dollara düşəcəyini gözləyir, bir il bundan öncə şirkətin gəliri il ərzində 23,4 milyard dollar olub.
BG Group-un gəliri vergi qoyulmasına qədər 7,4 milyard dollardan 5,4 milyard dollara qədər azala bilər.
Daha öncə ingilis-holland konserni Royal Dutch Shell, qarşıdakı üç il üçün investisiyaları 15 milyard azaldacağını bildirib.