Qlobal bazarda "Brent" markalı neftin qiyməti 2022-ci ilin martından bəri ilk dəfə bir barel üçün 126 dolları keçib.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 8:50-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 126.3 dollara çatıb. Bu da 12.6% artım deməkdir.
Saat 9:02-də isə "Brent" markalı neftin bir bareli 123.86 dollara düşüb. Bu da əvvəlki sessiyadan 5.83 dollar (4.94%) çoxdur.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 2.50 dollar (2.34%) artaraq bir barel üçün 109.38 dollara çatıb. Əvvəlki sessiyada WTI-nin qiyməti 6.95 dollar (7%) artaraq bir barel üçün 106.88 dollar olmuşdu.
Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 2022-ci il iyunun 17-dən bəri ilk dəfə 120 dolları keçib.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:32-yə olan məlumata görə, "Brent" nefti üzrə 2026-cı ilin iyuluna olanı füçerslərin qiyməti 7.88% artaraq 120.03 dollar/barelə çatıb.
Saat 23:37-yə isə artım tempi bir qədər zəifləyib və qiymət 119.95 dollar/barel (+7.81%) səviyyəsində olub. Eyni zamanda, WTI nefti üzrə iyun füçersləri 8.15% bahalaşaraq 108.07 dollar/barel olub.