Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu il Azərbaycana 94 min avtomobil gətirilib
Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana cəmi 93 min 686 ədəd avtomobil idxal olunub.
Oxu.Az Gun.Az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bunun 85 min 174 ədədini əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib.
Bildirək ki, bu müddətdə gətirilən avtomobillərin 7 min ədədi yük daşımaq üçün, 772 ədədi xüsusi təyinatlı, 740 ədədi isə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adamı daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri olub.
Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkəyə 92 min 828 ədəd avtomobil gətirilib. Bunun da 82 min 204 ədədini minik avtomobilləri təşkil edib.