Cari ilin yanvar-noyabr aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3% azalaraq 96,2 min nəfər olub.
Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4% artaraq 809 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 25,3%, binaların tikintisində əməkhaqqı 15,4%, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı isə 1,2% artıb.
U.A.
www.oxu.az