Bu ilin 9 ayında Naxçıvan Muxtar Respublikasında (NMR) 19 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev oktybarın 17-də Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 2023-cü ildən etibarən Sahibkarlığın İnkişafı Fondu NMR-də fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də maliyyə dəstəyi göstərir.