Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Büdcə qaydasının tətbiqi niyə dayandırıldı? – Komitə sədrindən AÇIQLAMA
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda büdcə qaydasının tətbiqi qaydasının 2022-ci ilin yanvarın 1-nə qədər dayandırılmasının mahiyyətini açıqlayıb.
T.Mirkişili Oxu.Az-a açıqlamasında deyib ki, həmin qayda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin aşağı və yuxarı həddini müəyyən edirdi.
Deputatın sözlərinə görə, koronavirus pandemiyası dünyada iqtisadi böhranı dərinləşdirdiyi halda iqtisadiyyata daha çox investisiyaların qoyulmasını və dövlət xərclərinin artırılmasını tələb edir.
“Bundan əvvəlki qayda xərclərin artırılmasına mane olurdu. Buna görə də həmin qayda müvəqqəti olaraq dayandırıldı. Bu da əslində indiki iqtisadi şəraitin tələbidir”,-deyə T.Mirkişili əlavə edib.
“Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.
2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliyə görə isə, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək təxirə salınır.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
- Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB