2014-cü ilin yanvar-iyul aylarında Gömrük Komitəsi Azərbaycanın büdcəsinə 868,07 milyon manat vəsait köçürüb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, 2014-cü ilin iyul ayı ərzində ümumi yığılan gömrük rüsumlarının məbləği 135 255,44 min manat təşkil edib.
Bunlardan gömrük rüsumları 50 007,63 min manat, ƏDV – 78 775,30 min manat, aksizlər – 5 028,40 min manat, yol vergisi – 1 444,11 min manatdır.
Mütləq ölçüdə cari ilin əvvəlindən yeddi ay ərzində 234 476,14 min manat gömrük rüsumları, 591 803,84 min manat ƏDV, 32 460,85 min manat aksizlər və 9 324,53 min manat isə yol vergisi təşkil edir.
Gülnarə Zeynalova
www.oxu.az