“Tibbi sığorta haqqında”, “Məşğulluq haqqında”, “Sosial sığorta haqqında” qanunlara dəyişiklik edilir.
Oxu.Az-ın məlumatına görə, dəyişikliklər vergi orqanları tərəfindən tətbiq edilən bəzi cərimələr, maliyyə sanksiyaları ilə bağlıdır.
Bu zamana qədər müvafiq maliyyə sanksiyalarının, cərimələrin məbləğinin 50 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq qurumların hesabına köçürülüb.
Dəyişikliklərdə nəzərdə tutulur ki, cərimələrin 43 faizi dövlət qurumlarının balansında qalacaq. Yeddi faizi isə büdcədən ümumi maliyyələşməyə keçəcək.
Bununla da, şəffaflığın artırılması qarşıya məqsəd qoyulub.
Dəyişiklik layihələri Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov