“Buta Sığorta” ASC-nin aktiv portfeli “Günay Sığorta” ASC-nin nəzarətinə keçir.
Oxu.Az xəbər verir ki, bu barədə APA-Economics-ə “Buta Sığorta”nın İdarə Heyəti sədri Qənbər Suvanverdiyev bildirib.
“Günay Sığorta” bizim portfeli alıb. “Buta Sığorta” isə qanunvericiliyə uyğun olaraq ləğv ediləcək.
Bundan sonra “Günay Sığorta” yeni inkişaf mərhələsinə daxil olacaq. Bununla əlaqədar “Günay Sığorta” işini yenidən qurur. Eyni zamanda kollektiv yenilənir”.
Q.Suvanverdiyev qeyd edib ki, “Günay Sığorta”nın İdarə Heyəti yenidən formalaşacaq. Onun sözlərinə görə, yeni formalaşacaq İdarə Heyətində əsasən, “Buta Sığorta”nın kadrları təmsil olunacaq.
09:07
Bu ilin iyunun 24-ü “Buta Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyində duran məsələ şirkətin ləğv olunmasıdır.
Qeyd edək ki, sığortaçının səhmdarları “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Auto Azərbaycan” və “Baku Service Company” şirkətləridir.