Neftin qiymətinin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanı yaxın 5 ildə öz maliyyə yığımlarını xərcləyə bilər.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı məruzədə deyilib.
BVF Yaxın Şərq üzrə yayılmış məruzəsində regionun nəhəng iqtisadiyyatında cari ilin yekunlarına görə, gözlənildiyi kimi 21,6% ÜDM, 2016-cı ildə isə - 19,4% ÜDM büdcə çatışmazlığı olacağı göstərilib.
Bu isə o deməkdir ki, Ər-Riyad cari məsrəfləri örtmək üçün qənaət etməli olacaq və İran körfəzi üzrə neft hasil edən qonşuları kimi büdcənin məsrəf hissəsini gözəçarpacaq dərəcədə ixtisar etməli olacaq.
“Neftin qiymətlərinin aşağı düşməsinin başlanğıcından xarici valyutada olan krallığın ehtiyatlarının həcmi 73 milyard dollar azalıb” - deyə, BVF qeyd edib.
Beynəlxalq Valyuta Fondu hesab edir ki, ilin sonu üçün neftin qiyməti bir barelə görə, 52 növbəti il üçün isə 63 dollar olacaq.
Bundan başqa, qeyd edilib ki, Səudiyyə Ərəbistanı hərbi xərclərini 17% artırıb ki, bu da xüsusi rekorddur.
Ülviyyə R. Əli
www.oxu.az