Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.
O, dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84.5% paya malik olub. Səhmlərin 15.2%-nə "VIP Aviation Services" MMC, 0.3%-nə isə Elvira Əhmədova nəzarət edib.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2021-cü ilin yekununda onun nizamnamə kapitalı 154.6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə Bank nizamnamə kapitalını 20 milyon manat və yaxud 12.9% artıraraq 174.6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- "Skytrax" AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
- AZAL ilə "Uzbekistan Airways" arasında kod-şerinq müqaviləsi imzalanıb
- AZAL bir sıra reysləri ləğv etdi - Bakıdan Tehran və Təl-Əvivə uçuşlar DAYANDIRILDI
- AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
- İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında dəyişiklik olacaq?