Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Bankdan Oxu.Az-a verilən məlumata görə, ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənib, maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilib.
Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilib, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holding” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilib.
Bununla yanaşı, Müşahidə Şurasının daha bir qərarı ilə Pərvin Şirəli oğlu Əhədzadə Bankın Audit komitəsinin yeni sədri təyin edilib.
Qeyd edək ki, bundan öncə “Kapital Bank”ın Müşahidə Şurasının sədri Mir Cəmal Paşayev olub.
16:05
“Unibank”ın keçmiş icraçı direktoru Cəlal Qasımov “PASHA Holding”ə təyinat alıb.
Oxu.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, C.Qasımov Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri təyin olunub.
O, vəzifəsinin icrasına cari ilin may ayından etibarən başlayıb.
Qeyd edək ki, C.Qasımov 2013-cü ilin mart ayında “Unibank”ın icraçı direktoru təyin olunub.
O, bu vəzifədə 2015-ci ilin aprel ayına qədər çalışıb.
Hazırda bu vəzifəni Xalid Əhədov tutur.