Çexiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,2 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bu gün keçirilən Azərbaycan-Çexiya biznes forumunda bildirib.
Nazirin sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi artıb:
“2014-cü ildə Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 2 dəfə artıb və bu dinamika 2015-ci ilin əvvəlində də davam edir. İndiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə 23 sənəd imzalanıb”- deyə, nazir bildirib.
Öz növbəsində Çexiyanın sənaye və ticarət naziri Yan Mladek Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, ölkələrimiz arasında əlaqələrin genişləndiyini vurğulayıb, Çexiyanın iqtisadiyyatı, Azərbaycan-Çexiya iqtisadi əlaqələri barədə məlumat verib.
Yan Mladek çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, iş adamları arasında bu gün keçirilən işgüzar görüşlər və biznes forumun da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına töfhə verməklə, sahibkarların yeni əlaqələr qurmasına imkan yaratdığını vurğulayıb.