“Xəzər dənizinin potensialı tezliklə Azərbaycanı yaşıl enerji ixracatçısına çevirə bilər”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.
“Xəzər dənizi zəngin neft və qaz ehtiyatları ilə yanaşı, külək enerjisi potensialına malikdir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 giqavat təşkil edir ki, bu da yaxın gələcəkdə Azərbaycanı yaşıl enerji ixracatçısına çevirə biləcək”, - o bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda müasir infrastruktur, nəqliyyat və logistika imkanları var və genişlənməkdə də davam edir.