Planlaşdırılmış profilaktik işlər proqramından sonra Çıraq platforması dünən - 10 dekabrda yenidən işə salınıb.
Bu barədə Oxu.Az-a “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
“Proqram üzrə nəzərdə tutulmuş bütün işlər uğurla və tam təhlükəsiz şəkildə başa çatdırılıb”, - deyə şirkətin rəsmisi qeyd edib.
Qeyd edək ki, platformada hasilat noyabrın 10-da dayandırılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az