Hesablama Palatası Mingəçevir İH-nin şəhərdə aparılan işlərin dəyərini və həcmini süni şəkildə artırdığını üzə çıxarıb.
Bu barədə Palatadan Oxu.Az-a bildirilib.
“Yoxlamanın nəticələrinə görə, əmək haqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, artıq ştat vahidləri saxlanılıb.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Qərar icra edilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilib”, - deyə Palatadan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az