Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sahibkarlıq subyektlərinin yoxlanılması istiqamətində fəaliyyətini dayandırıb.
Bu barədə Oxu.Az-a Komitədən bildiriblər.
Məlumata görə, bu gün keçirilən kollegiya iclasında sədr Ramiz Həsənov bildirib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam etdirilir.
Bunun nəticəsi olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öncədən tərtib olunmuş və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması barədə qərar qəbul edib.
Ülviyyə R. Əli
www.oxu.az