Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputat: “Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal edilməlidir”
Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal edilməlidir.
“Report” xəbər verir ki, belə bir təkliflə deputat İltizam Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxış edib.
“İtaliyada belə bir praktika var ki, çox məşhur bir brendin ucuz qiymətə alış-veriş çantası istehsal edilir. Xanımlar onu götürüb mağazalara alış-verişə gedirlər. Bu, böyük bir praktikadır.
Digər təklifim odur ki, istifadə edilmiş polietilen torbaları yığmaq üçün tullantı yerlərində xüsusi bir hissə olmalıdır. Digər tərəfdən, bu torbalardan istifadənin azaldılması ilə bağlı böyük təbliğat işləri aparılmalıdır”, - deyə o əlavə edib.
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu