Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə yeddi məsələ daxildir.
Oxu.Az xəbər verir ki, parlamentdən APA-ya verilən məlumata görə, bunlar Vergi və İnzibati Xətalar məcəllələrinə, “Satınalmalar haqqında”, “Gömrük tarifi haqqında” “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər layihəsidir.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.
14:54
Milli Məclisin yanvarın 19-a çağırılmış növbədənkənar iclasında hansı məsələlərin müzakirə olunacağı məlum olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu gün keçirilən müşavirədə valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyib, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacağını bildirib.

E.Ə.
www.oxu.az