Bu, gömrük rüsumlarının illik məbləğinin 30,6%-dir.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, cari ilin aprel ayı ərzində yığılan gömrük rüsumlarının məbləği 133 560,57 min manat təşkil edib.
Bunlardan gömrük rüsumları – 22 888,1 min manat, ƏDV – 103 533,37 min manat, aksizlər – 5 720,11 min manat, yol vergisi – 1 418,98 min manatdır.
Yanvar-aprel ayları üçün yığılan gömrük rüsumlarının məbləği 463 916,8 min manat təşkil edib.
DGK-nın yanvar-aprel aylarının hesabatına əsasən əldə edilən məbləğin 21,63%-i gömrük rüsumlarının, 73,62%-i ƏDV-nin, 3,66%-i aksizlərin və 1,09%-i isə yol vergisinin payına düşür.
Mütləq ölçüdə cari ilin əvvəlindən dörd ay ərzində 100 347,87 min manat gömrük rüsumları, 341 550,01 min manat ƏDV, 16 977,26 min manat aksizlər və 5 041,66 min manat isə yol vergisi təşkil edir.
2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin yanvar-aprel aylarında rüsumların həcmi 14,36% artıb.
Gülnarə Zeynalova
www.oxu.az