PMD şirkəti tərəfindən inşa olunmuş və lüks həyatın nəbzinin atacağı “Vurğun Residence” Yaşayış kompleksinə tələb gün keçdikcə artmaqdadır.
Şəhər mərkəzinin qəlbində ucalan Premium Yaşayış kompleksinin vaxtında təmirə təhvil verilməsi bu layihəyə son zamanlar ən doğru investisiya layihəsi kimi dəyər qazandırmışdır.
Belə ki, yerləşməsi ilə yanaşı, fərqli konspekt və memarlığa sahib olması bu layihəni investorlara daha da maraqlı edir. Mənzil sahələri 68 kv.m-dən başlayan və kiçik eyvan sahəli mənzillərin olması bu lahiyənin özəlliklərindəndir.
“Vurğun Residence” yaşayış kompleksi 4 mərtəbəli avtodayanacaq sahəsi, ayrıca həyətyanı sahə, fitness, futbol və voleybol meydançaları, üzmə hovuzu, uşaq əyləncə mərkəzi, məktəbəqədər hazırlıq, ofis sahələri, kafe və restoranı özündə cəmləşdirməklə kompleksi investisiya üçün etibarlı edir.
“Vurğun Residence” yaşayış kompleksi etibarlı və güclü şirkət olaraq müştərilərinə “PAŞA Bank” vasitəsi ilə ipoteka fürsətlərindən yararlanmağı təklif etməklə investisiya üçün müştərilərinə qaçılmaz fürsət imkanlarını təmin etməkdədir.
Belə ki, ilkin ödəniş 10% etməklə müştərilər 20 illik “PAŞA Bank” ipoteka fürsətlərindən yararlana bilərlər.
U.A.
www.oxu.az