Sabah Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı iclası olacaq.
Oxu.Az “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-yə istinadən xəbər verir ki, bu barədə məlumat verən KM-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Aslanov bildirib ki, sabah tərəflərin iştirakı ilə iclas keçiriləcək:
“İclasda tərəflərin çıxışları dinləniləcək. Daha sonra hakimlər müşavirə otağına gedəcək. Bir ay ərzində isə dollarla bağlı kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar rəsmi dövlət qəzetlərində dərc olunacaq. Yəni sabah yekun qərar verilməyəcək”.
E.Ə.
www.oxu.az