Azərbaycanın 2014-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.
Oxu.Az Maliyyə Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki xəbər verir ki, “Büdcə sistemi haqqında” Qanununun 11.15-ci maddəsinə əsasən, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2014-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri sentyabrın 13-də Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, 2014-cü il üçün büdcə proqnozları neftin bir barelinin qiymətini 90 dollar səviyyəsindən çıxış edir.
Proqnozlara görə, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,159 mlrd. manat, xərcləri 19,850 mlrd. manat, kəsir 691 mln. manat təşkil edəcək.