Bu gün ölkədə inhisarçılıq aradan qalxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilib.
“Mövcud statistikaya nəzər yetirsək qeyd etmək olar ki, bütün mal mövqeləri üzrə ölkə ərazisinə idxalı minlərlə təsərrüfat subyektləri həyata keçirir. Eyni adlı mallar ölkə ərazisinə 10, 15, 20, 30, 35 adda müxtəlif hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən gətirilir.
Məsələn: kərə yağını 15-20 adda, smetan məhsulunu 20-30 adda, düyünü 10-18 adda, taxılı 10-12 adda, armaturu 20 adda, taxtanı 22 adda, məişət əşyalarını 15 adda və sair ölkə ərazisinə hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gətirir”, - deyə komitədən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az