2015-ci ilin iyun ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 140 milyon 261.92 min manat həcmində vergi və rüsumlar daxil olub.
Oxu.Az komitəyə istinadən xəbər verir ki, bu da 2015-ci ilin may ayının göstəricilərindən 1 milyon 560,51 min manat və ya 1,1% azdır.
2015-ci ilin müvafiq dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 92 milyon 728.64 min manat aksizlər üzrə 6 milyon 371.42 min manat, yol vergisi üzrə isə 1 milyon 800.84 min manat, gömrük rüsumları üzrə isə 39 milyon 361.03 min manat təşkil edib.
Qeyd edək ki, bir il ərzində isə büdcəyə ödənişlər 3,65% artıb.
Ülviyyə R. Əli
www.oxu.az