Azərbaycan Nazirlər Kabineti bəzi dövlət qulluqçularının əmək haqqını artırıb.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, avqust ayının 15-də qəbul edilmiş №283 qərara əsaən Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Tərcümə mərkəzinin direktorunun məvacibi 1450 manat, müavininin isə - 1050 manat olacaq.
Mərkəzin şöbə müdiri 870 manat, bölmə müdiri, baş mühasib və müşavir – 580 manat alacaqlar. Mütəxəssislərin məvacibi 500-530 manat, texniki personalın məvacibi isə 160-180 manat olacaq.